Yaxın günlərdə Laçın yolunda postlar qurulacaq-ÖZƏL

5820

Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərinin bəyanatları, o cümlədən Ombudsmanın bugünkü açıqlaması birmənalı şəkildə Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması vacibliyindən xəbər verir.

Sosialmedia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bu açıqlamalar artıq qərarın verildiyi deməkdir və yaxın günlərdə Laçın yolunda sərhəd və gömrük postları qurulacaq:

“Bu işin asan olmayacağı bəllidir. Bir tərəfdən məsələnin hərb-texniki tərəfləri həll edilməli, digər tərəfdən bu çalışmalar bölgədəki Rusiya hərbi kontingenti ilə toqquşma olmadan baş verməlidir. Şuşa kimi istehkam şəhəri işğaldan qurtardıqsa, yolda sərhəd və gömrük postları qurub sərhədi nəzarətə götürməyi də bacaracağıq”.