Ebru Gündəşə oxumağa qadağa qoyuldu-ÖZƏL

230

Sosialmedia.az xəbər verir ki,Reza Zərrab keçmiş həyat yoldaşı və müğənni Ebru Gündeşin onun müəllifi olduğu hit mahnıları oxumasına qadağa qoymağa hazırlaşır.

O, bu barədə artıq vəkillərinə göstəriş də verib.

Zərrabın bu qərara gəlməsinin səbəblərindən biri Gündeşlə qızları Alara üstündə qəyyumluq mübahisəsi göstərilir.

Zərrab Ebru Gündeşlə yanaşı bir sıra məşhur müğənnilər üçün də arabesk mahnı sözləri yazıb. Bunların arasında Sibel Canın oxuduğu “Eski Toprak” və İbrahim Tatlısesin ifa etdiyi “Neden” mahnılarını xüsusi qeyd etmək olar.