Latviya prezidenti Azərbaycanda-Özəl

4436

Latviya Respublikasının Prezidenti Egils Levits martın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Sosialmedia.az xəbər verir ki, Latviya Prezidenti Egils Levitsi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.