Deputatımız MDB PA-nın komissiya iclasında iştirak edəcək- Özəl

104

Sosialmedia.az xəbər verir ki, Milli Məclisin deputatı İqbal Məmmədov MDB Parlamentlərarası Assambleyasının Nəzarət-büdcə komissiyasının iclasında iştirak etmək üçün martın 9-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

İclasda quruma üzv dövlətlərin 2022-ci ilin maliyyə öhdəliklərinin yerinə yetirilməsi və 2023-cü ilin birinci rübündə MDB PA-nın büdcəsinə üzvlük haqlarının köçürülməsi, təşkilatın fəaliyyətinin təmin edilməsi üzrə gəlir və xərclərin smeta layihələri, MDB PA Şurasının “MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının fəaliyyətinin maliyyələşdirilməsi haqqında” qərar layihəsi və digər məsələlərə baxılacaq.

Deputat İqbal Məmmədov MDB PA-nın komissiya iclasında müzakirəyə çıxarılacaq məsələlər barədə fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcək.

Səfər martın 12-də başa çatacaq.