Naxçıvan Baş Gömrük İdarəsinə rəis təyinatı olub- Özəl

258

Sosialmedia.az xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsinə rəis təyinatı olub. Vüqar İsmayıl oğlu Əliyev sözügedən posta gətirilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyev bundan əvvəl Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifələrini icra edirdi.