Azər Zahidin dövlətə qarşı daha bir dələduzluq faktının üstü açılıb- Özəl

234

Sosialmedia.az xəbər verir ki, TikTok platformasında ard-arda yarışma tipli verlişlər keçirən Azər Zahid ümumilikdə 250.000 dollardan çox təmiz qazanc əldə edərək ölkəni tərk edərək qısa müddətli Türkiyəyə getmişdir. Özünün sonradan dediyinə görə, yığılan jetonları orada nəğdləşdirmək üçün İstanbula gedib və geri qayıdıb.

Araşdırmalar zamanı məlum olub ki, şou-biznesdə odioz fiqurlardan olan Azər İsmayılov (Zahid) yarışmalardan öncə öz VÖEN-ni donduraraq vergidən yayınıb. Hazırda Vergilər Nazirliyində bu barədə araşdırma aparılır və Azər Zahidin böyük məbləğdə cərimə ediləcəyi qaçılmazdır.

Ümumiyyətlə dövlət orqanlarını TikTok platofmasında Azər Zahidlə bağlı araşdırmağa başlamağa çağırırıq. Bizdə olan məlumata görə, bir çox çirkli pullar məhz landromat rolunu oynayan TikTok platformasında Azər Zahidin qurduğu şoular əsasında nəğdləşdirilir.

Nəzərə alsaq ki, təmiz gəlir 250.000 dollardır bu zaman bu məbləğin qazanılması üçün, hesaba yatan pul, cəm olaraq xərclənən pulun 30% ni təşkil edir. O zaman ora xərclənən məbləğ 750.000 dollar civarındadır. Milyonlara pulu dövlətdən gizləyərək, ölkə xaricində nəğdləşdirən Azər Zahid öz şəxsi hesabında yeni bir verlişə start verəcəyini bildirib. Bizə göndərilən məlumata görə bu maliyyə maxinasiyasının arxasında çox məhşur tanınmış iş adamları durur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.