Led lampalar xərçəng yaradır-ÖZƏL

208

Araşdırmalara görə, soyuq, mavi spektr, müasir LED lampaları sağlamlıq üçün təhlükəlidir. Mavi işıq gözün “sarı filtrini” məhv edir.Bundan əlavə, mavi işıq yuxusuzluğa və sinir sisteminin məhvinə səbəb olan melatonin istehsalını bloklayır.

Sosialmedia.az xəbər verir ki, təbiət gözlərimizi təhlükəli mavi işıqdan qoruyur, lakin çox mavi işıq xərçəngə səbəb ola bilər.

Əvvəllər istifadə etdiyimiz sarı lampa işıqları vardır. Onların işıqlandırılması zamanı göz yorulmur, narahatlıq vermirdi. Uzun illər sonra bu mavi spektorlu lampalar dəbə düşdü. Hətta 2014 – cü ildə mavi spektorlu lampaların ixtirasına görə Nobel mükafatı verildi. Amma heç təsəvvürünüzə gətirə bilməzsiniz ki, canlı aləm mavi rəngli işıqlara qarşı yararsızdır. Nəzərə alanda ki, mavi rəng spektoru televizorlarda, kompyüterlərdə, mobil telefonlarda daha çox istifadə olunur. Üstəlik bu lampalar vasitəsi ilə işıqlandırma üçün istifadə edirik. Nəticədə mavi rəng spektorlu işıqalandırmaya daha çox məruz qalırıq.

Bizim orqanizm elə quruluş sxeminə malikdir ki, mavi rəngdən qorunma sistemini özü tənzimləyir. Gün işığına çıxdığımız zaman göz bəbəyimiz daralır. Göz qişamızda müxtəlif rəng lizitinləri var. Mavi rəng lizitinlərini sarı filtrlə örtülüdür. Ətrafda mavi rəng spekrotlarının çoxluğu bu sarı filtrləri məhv edir. Bu da müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Əsas da xərçəng xəstəliyi ilə nəticələnir”.