
Sevilya”nın səfər oyununda “Fənərbağça” azarkeşləri komandalarını tək qoymayıb. Azarkeşlər zəlzələ fəlakətində axtarış-xilasetmə işlərində Türkiyəyə böyük dəstək verən İspaniyanı da unutmayıb.
Sosialmedia.az xəbər verir ki, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin Ramon Sançes-Pizxuanda keçirilən ilk oyununa “Sevilya” azarkeşləri o qədər də maraq göstərməyib.
Liqadakı pis nəticələrə görə komandalarına əsəbiləşən “qırmızı-ağlar” stadionun əhəmiyyətli hissəsini boş qoyub. Türk futbolsevərlər Avropanın hər yerindən Sevilya şəhərinə axışaraq onlar üçün ayrılmış hissəni doldurublar. “Fənərbaxça” azarkeşləri təkcə komandalarını dəstəkləmədilər. Fevralın 6-da baş verən böyük Zəlzələdən sonra dərhal Türkiyəyə yardım əlini uzatan ispanları da unutmadılar .
“İspaniyaya kömək etdiyiniz üçün təşəkkür edirik”
Onlar üçün ayrılmış bölmədə ispan dilində hazırlanmış “Kömək üçün təşəkkürlər İspaniya ” kimi çoxlu pankartlar və kartonlar açılıb.
Qarşılaşmanın böyük hissəsində “sarı-göylər”in alqışları ispanları sıxıb. Lakin uğursuz məğlubiyyətə görə azarkeşlər tribunaları kədərli tərk ediblər.