Dünyadan gözəl bir insan köçdü -Özəl

200

Həyatda elə yaşamalısan ki, dünyadan köçəndə sənin yoxluğun üçün yansınlar, göz yaşı axıtsınlar.

Bu gün həqiqətən özümə dost, qardaş bildiyim, hər gün əlaqə saxladığımız Ədliyyə Nazirliyi Penitensiar Xidməti Mətbuat xidmətinin rəisi Mehman Sadıqov barədə yazıram.

Sosialmedia.az xəbər verir ki, bu sōzləri
“Əlillər Dünyası” qəzetinin Baş Redaktoru Tahir Xudiyev ōz səyfəsində yazıb.

O, qeyd edir ki, Mehman müəllimlə Penitensiar Xidməti ilə qarşılıqlı əməkdaşlıq etdiyimiz ilk vaxtlarda tanış olmuşduq. Sonradan bu əməkdaşlıq əbədi dostluğa, qardaşlığa çevrildi. Hər gün Mehmanla votsap vasitəsi ilə salamlaşırdıq, bir-birimizdən hal-əhval tuturduq. 1 gün öncə yenə Mehmana votsapda yazdım, amma təəssüf ki, cavab almadım. Fikirləşdim ki, yəqin işi çoxdur. Sosial şəbəkədə Mehman müəllimin şəklini, “Mehman Sadıqov vəfat edib” yazılarını oxuyanda gözlərimə inana bilmədim. Çox sarsıldım, həyəcan keçirdim.

Yoxluğuna inana bilmirəm, Mehman müəllim, sən gözəl ziyalı, insan kimi insan, əsil dost kimi dost, qardaş kimi qardaş, sədaqətli insan idin. Mən yüzlərlə insanın ölümünü görmüş, mərasimində iştirak etmişəm. Amma sənin ölümün məni çox yandırdı.
Şəxsən öz adımdan, “Beynəlxalq Əlillər Cəmiyyəti” və “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in kollektivi adından Mehman Sadıqovun ailəsinə, doğmalarına başsağlığı verirəm.
İnsan şərəflə yaşamalıdır. Sağlığında da, həyatdan köçəndə də ətrafındakılara nümunə olmalıdır.

Sən sağlığında da, ölümünlə də ətrafındakılara nümunə oldun, Mehman müəllim.
Allah sənə rəhmət eləsin, qardaş, məkanın cənnət olsun! İşıqlı xatirələrin həmişə ürəyimizdə yaşayacaq.