Yaxın vaxtlarda içməli suyun qiyməti artmayacaq-ÖZƏL

102

Sosialmedia.az xəbər verir ki, “Azərsu” ASC içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Tarif (Qiymət) Şurasına müraciət etməyib və belə bir müraciət nəzərdə tutulmur.

Qeyd edək ki, hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə tənzimlənir.