Gənc veteranların məşğulluğuna dəstək xarakterli təlimlər keçirilib-Özəl

98

Sosialmedia.az xəbər verir ki, son dövrlərdə aktual məsələlərdən biri gənclərin, xüsusilə həssas qrupa aid olan müharibə iştirakçıları və qazilərin məşğulluq təminatıdır. Bu yöndə dövlət tərəfindən aparılan müxtəlif proqramlara dəstək üçün vətəndaş cəmiyyətinin nümayəndələri də qoşulurlar. Məhz “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Bilriyinin “Gənc veteran-fermer” Vətən müharibəsinin gənc iştirakçılarının məşğulluğuna dəstək proqramı layihəsi də bu qəbildəndir.

3 regionu, Ağsu, Şamaxı və İsmayıllı rayonlarını əhatə edən layihə çərçivəsində 2 istiqamət üzrə təlim proqramı keçirilib. Birinci istiqamət üzrə həssas qrupa aid vətəndaşlarla daha çox ünsiyyətdə olan dövlət qulluqçuları üçün qazilərə ilkin psixo-sosial yardımın edilməsini izah edən təlimlər keçirilib. İkinci istiqamət üzrə isə birbaşa qazilərə, vətən müharibəsinin iştirakçılarına “Karyera planlaması” mövzusunda təlim verilmişdir.

Hər təlimin sonunda iştirakçılara zəruri biliklərin və informasiyların əks olunduğu kitabça, sertifikat, dəftərxana ləvazimatları təqdim edilib.

“Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi təlimlərin təşkilində dəstəklərinə görə, Azərbaycan Respublikasının Gənclər Fonduna, hər 3 rayonun icra hakimiyyətinə, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Ağsu, Şamaxı və İsmayıllı rayonları üzrə nümayəndəliklərinə təşəkkür edir.