Qəhrəmanımızı tanıyaq-Özəl

136

Sosialmedia.az xəbər verir ki, Rəşad Arif oğlu Abdullayev 1988-ci il sentiyabrın 14 – də Cəllabad rayonunun Prişib şəhərində anadan olub. Rəşad Abdullayev 1995-ci ildə Göytəpə kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2003-cü ilə qədər bu məktəbdə təhsil aldıqdan sonra 9-cu sinifdə 2003- cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub.

2006-cı ildə Abdullayev həmin ildən 2010-cu ilə qədər Heydər Əliyev adına
Azərbaycan Ali Hərbi məktəbində ali təhsil alıb. 2010-cu ildə “motoatıcı” ixtisası üzrə bitirib. Rəşad Abdullayev 8 sentiyabr 2013-cü ildə Gülnar Abdullayeva adlı xanımla ailə həyatı qurub. Bu evlilikdən 2 övladı dünyaya gəldi. Qızı Rüqəyya və oğlu Məmmədağa.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında gedən döyüşlərdə iştirak etmişdir.

İkinci Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı 29 sentiyabr 2020-ci ildə Kəlbəcər rayonununda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur.

Allah rəhmət eləsin.