Quru, çatlamış dodaqlar haqqında -Özəl

191

Sosialmedia.az xəbər verir ki, quru, çatlamış dodaqlar ciddi estetik qüsur yaradır. Digər tərəfdən çatlamış dodaqlar ağrıyır, qanayır, onların üzərində yaralar əmələ gəlir, infeksiyalaşmanın riski artır.

Bu pozulmanın səbəblərini müəyyən edək:

Ağzı açıq yatmaq, müxtəlif səbəblərə görə (zökəm, adenoidlər və s.) daim ağızla nəfəs almaq. Dodaqları dişləmək və yalamaq vərdişi. Diş məcunu və dodaq boyasına olan allergiya. Soyuğa qarşı allergiya. Bəzi vitaminlərin (A, B qrupu, C, E) çatışmamazlığı. Susuzlaşma. Daim saqqız çeynəmək. Bəzi xəstəliklər və pozulmalar (qalxanvari vəzi xəstəlikləri, autoimmun xəstəliklər, dəri xəstəlikləri və s.) Bəzi dərman preparatlarının qəbulu.

Problemin həlli:

Diş məcununuzu tərkibində ftor olmayan məcuna dəyişin. Dodaq boyasından istifadə etməyin. Dodaqlara yağlı krem, vazelin, xüsusi balzam çəkin. Daha çox adi təmiz su için. Həkimlə məsləhətləşdikdən sonra vitamin-mineral kompleks qəbul edin. Dodaqları (xüsusilə küləkli havada) yalamayın, dişləməyin, saqqız çeynəməyin. Hər gün yatmazdan əvvəl dodaqlara vazelin çəkin. Vazelin dodaq çatları çox yaxşı müalicə edir.