Sumqayıtda əlilliyi olan şəxslər “Müsyo Jordan və dərviş Məstəli şah komediyasını izlədilər-ÖZƏL

4704

Sosialmedia.az xəbər verir ki, 14.03.2023-cü il tarixində Sumqayıt Reabilitasiya Mərkəzi kolektivi mərkəzdə reabilitasiya kursu keçən əlilliyi olan şəxslər və Sumqayıt şəhərində fəaliyyət göstərən “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin bir qrup üzvü Sumqayıt Dövlət Dram teatrında M. F. Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah komediyasını izlədilər.

Mirzə Fətəli Axundov yaradıcılığı bütün dövrlərdə səhnə üçün xüsusi maraq kəsb edib.
Mütəfəkkir dramaturqun komediyalarındakı dramaturji material rejissora maraqlı yozum, aktyora çeşidli improvizə imkanı verib.Buna görə, “Müsyo Jordan və Dərviş Məstəli Şah” komediyası da Sumqayıt teatrının repertuarında önəmli yer tutur.

Qeyd edək ki, Azərbaycan peşəkar milli teatrının 150 illiyi çərçivəsində, habelə Sumqayıt Dövlət Dram Teatrının 55 illiyi münasibətilə Firudin Məhərrəmovun quruluş verdiyi “Müsyo Jordan və Dərviş Məstəli Şah” komediyası tamaşaçılara təqdim edildi.