Agentlik sədri şəhid ailəsini ziyarət edib- Özəl

127

Sosialmedia.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Bakının Xəzər rayonunda şəhid Əmir Kazımovun ailəsini ziyarət edib.

Vətən müharibəsi Əmir Kazımov Suqovuşan istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə o, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.