Qəhrəmanımızı tanıyaq və tanıtdıraq-Özəl

126

Sosialmedia.az xəbər verir ki, Vətən Müharibəsi Qəhrəmanı Vüsal Elşən oğlu Yaqubov 2001-ci il martın 2-də Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində məcburi köçkün ailəsində dünyaya göz açıb. Əslən Qubadlı rayonunun Yusifbəyli kəndindəndir. Atası Qubadlı rayonunun Yusifbəyli kəndindən, anası Füzuli rayonundandır.

2002-ci ildə ailəsi ilə Sumqayıt şəhərinə köçüb.

2007-2018-ci illərdə orta məktəbdə təhsil alıb. Sonra Göyçay rayonundakı İdarəetmə və Texnologiya Kollecinə qəbul olunub. 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanıb.

O, Xüsusi Təyinatlı Qüvvələrin əsgəri kimi çox ciddi sınaqlardan keçib, dağ təlimlərində iştirak edib.

Vətən müharibəsi başlayanda əvvəlcə cəbhənin Goranboy rayonu istiqamətinə aparılıb. Oradan Kəlbəcər dağlarında yerləşən hərbi hissəyə köçürülüb. Ardınca taktiki dəyişikliklə əlaqədar Füzuli rayona gətirilib.

Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli sərəncamına əsasən Vüsal Yaqubova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Bununla yanaşı, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Subaydır.