Mina terroru insanlıq əleyinə cinayətdir – Cəsarət Hüseynzadə- Özəl

176

Biz sülh istəyirik, təhlükəsiz həyat istəyirik. Biz qarşılıqla inama əsaslanan birgə yaşayış istəyirik. Amma qarşılığında nə görürük? Ermənilərin növbəti fitnə – fəsadını, növbəti yalanını. Nəticədə növbəti günahsız mülki azərbaycanlılar mina terrorunun qurbanı olurlar.

Sosialmedia.az xəbər verir ki, Bu fikiləri “İki sahil”ə açıqlamasında “İnformasiya Təşəbüslərinə Dəstək” ictimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.

Ekspert qeyd edib ki, bu hadisələr Üçtərəfli Bəyannamənin imzalanmasından sonra baş verir. Qarabağda təbii ehtiyatlarımız talan edilir, qanunsuz erməni dəstələri üçün silahalar daşınır, yeni minalar basdırılır. Açıq-aydın sübüt olunub ki, zərərsizləşdirilən minalar 2021-ci ildə Ermənistanda istehsal olunub. Mina mahiyyət etibarı ilə müharibə dövründə istifadə edilmək üçün nəzərədə tutulan silah növüdür. Müharibədən sonra baş verən mina terroru isə Ermənistanın insnalıq əleyinə cinayətidir.

Bu gün Ağdamda iki nəfər məhz bu cinayətin qurbanı oldu. Ağdam rayonun Yusifcanlı kəndində heyvan otaran kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itirdilər. Növbəti cinayət qurbanları Həsənov İsrail İbrahim oğlu və Həsənov Amid Hüseyn oğlu oldu. Ümimilikdə Üçtərəfli razılaşmadan sonra minalardan hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 49 nəfər həlak olub, 234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.