Qəhrəmanımızı tanıyaq-Özəl

207

Sosialmedia.az xəbər verir ki, Ruslan Abbasov 25 may 2000-ci il Bakı şəhərinin Sahil qəsəbəsində anadan olmuşdur. O, orta təhsilini Sahil qəsəbəsindəki Əliheydər Kazımov adına tam orta məktəbdə alıb.

2019-cu il aprel ayında Ruslan müddətli həqiqi hərbi xidmətə çağrılaraq, Ağcabədi rayonununda yerləşən “N” saylı hərbi hissələrdən birinə dislokasiya olunmuşdr.

Azərbaycan Ordusunun çavuşu olan Ruslan Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. 14 oktyabr 2020-ci il cəbhənin Füzuli istiqamətində həlak olmuşdur.