QHT sədri şikayət etdi: İcra başçısı ofis verdi- Özəl

4892

Sosialmedia.az xəbər verir ki “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyaslna Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova Sumqayıt Şəhər İcra Hakimiyyətindən şikayətçi olduğunu bildirmişdi.

Belə ki, Səbinə Kərimova Sumqayıt Şəhər İcra Hakimiyyəti onun təşkilatına yer vərmədiyindən şikayətçi idi.

“Sumqayıt Şəhər İcra Hakimiyyətin başçısı Zakir Fərəcovun qəbulunda oldum. Başçı aidiyyəti üzrə göstəriş versə də, mənzil kommunal sahəsindən imtina məktubu gəldi və bizə yer ayrılmadı”, – deyə QHT sədri bildirmişdi.

Bu gün isə Sumqayıt Şəhər İcra Hakimiyyəti Səbinə Kərimovanın təşkilatına yer ayırıb.

Bu haqda məlumatı Sosialmedia.az-a Səbinə Kərimova özü verib.

“Səsimizə səs verdiyiniz üçün çox sağ olun. Bizə yer ayırdılar. Zakir Fərəcov şəxsən məsələyə baxdı və günahkarları cəzalandırdı”, – deyə S.Kərimova qeyd edib.