“Qadına Dəstək Mərkəzi” Zığ qəsəbəsində qadınlara hüquqi və psixoloji yardım göstərdi-Özəl

121

Sosialmedia.az xəbər verir ki, ” Səhiyyə və Sağlam Həyat İctimai Birliyi “Sağlam Gələcək Naminə” QHT Koalisiyasi ilə birgə Azərbaycan Respublikasi Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 18 mart 2023-cü ildə “Sağlam Qadın Sağlam Cəmiyyətin Təməlidir” layihəsi çərçivəsində yaratdığı “Qadına Dəstək Mərkəzi”nin qadınlarla növbəti görüşünü Zığ Qəsəbə Mədəniyyət evində keçirdi.

Görüşdə vəkil Səadət Abdullazədi xanımlara hüquqi, psixoloq Günay Qasımova isə psixoloji yardım göstərdilər.
“Sağlam Gələcəyi Naminə” QHT Koalisiyasının sədri Nərminə Qəribova müraciət edən xanimları dəyirmi masa ətrafına toplayaraq “Qadına Dəstək Mərkəzi”nin fəaliyyəti haqqında ətraflı məlumatlandırdı.
İştirakçılarla qarşılıqlı müzakirə şəklində məişət zorakılıgı və vəziyyətdən çıxış yolları haqqında ətraflı məlumat verdi.

Xanımlara daha rahat mühitin yaradılmasi məqsədi ilə görüşdə çay süfrəsi təqdim edildi.