“Özümüzü kəşf edək” layihəsinin təqimatı keçirildi-Özəl

212

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə, Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İctimai Birliyi, “Özümüzü kəşf edək” layihəsinin tədimatın keçirdi.

Təqdimat Sabunçu gənclər evinin akt zalında təşik olundu. Özümüzü kəşf edək layihəsinin təqdimatı, 3 ay olmaqla 5 tədbirdən ibarətdir. Layihədə 250 dən çox yeniyetmə və gənclər iştrak etmişdir..Həmin tədbirlər psixoloji təlim, ingilis dilinin öyrədilməsi, intellektual oyunlar,Heydər Əliyev müzeyini ziyarət, Qazilərlə görüş.
Həmin tədbirlərin video-rolikinin təqdimatı,

daha ətraflı və geniş şəkildə yayımlanması üçün,təqdimata xüsusi qonaqlar dəvət edilmişdir.Təqdimata millət vəkilləri Vüqar İsgənərov,Müşfiq Məmmədli, tanınmış idmançı Eduard Məmmədov, vətən müharibəsi qaziləri, Sosial xidmətlər agentliyinin, Gənclər və İdman nazirliyin nümayəndələri, QHT-nın rəhbərləri, psixoloqlar, təlimçilər, 40 dan çox fiziki məhdudiyətli yeniyetmə və gənclər, onların ailələri iştrak edirdilər.
Layihənin daha geniş yayımlanması və daha çox gənclərə təbliğ edilməsi üçün KİV –i dəvət edilmişdir. Mir tv kanal televiziyası, təqdimatı çəkib, televizya kanalında yayımladı.

Təqdimatın açılışı, Azərbaycan Respublikasının dövlət himini ilə başladı. Sonra isə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükütla yad edildi.

Sonra isə Layihənin video-rolikinin təqdimatı göstərildi. “Özümüzü kəşf edək ” layihəsinin tədimatı 5 dəqiqə olmaqla, daha geniş və ətraflı, layihə haqqında görülən işləri, keçirilən mövzuları əhatə etdi. Video təqdimat göstərildikdən sonra Layihə rəhbəri və Əlillliyi olan uşaq və gənclərin idman inteqraqsiyası ictimai birliyinin sədri, Əməkdar idman ustası, Aynur Məmmədovya söz verildi, Aynur Məmmədova qonaqları salamladıqdan sonra qısaca, təşkilat haqqında məlumat verib, layihənin məqsəd və vəzifələrindən danışdı.

Sonra isə millət vəkillərinə, idmançılara, qazilərə söz verildi. Qonaqlarımız təqdimat haqqında öz təsürratlarını bölüşərək, bu cür mövzulara toxunulduğunu alqışladılar, və bütün gənclərimizə şəfa və uğurlar arzuladılar.