Şəhid və qazi övladlarına novruz şənliyi təşkil edildi-Özəl

196

Sosialmedia.az xəbər verir ki, Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası ictimai birliyi, Novruz Bayramı münasibəti ilə Park bulvar AVM-nin 3- cü mərtəbəsində 50 nəfər fiziki məhdudiyyətli uşaqlarla bərabər şəhid və qazi övladlarına novruz şənliyi təşkil etmişdir.

Novruz şənliyi Parkbulvar rəhbərliyinin icazəsi ilə təmənasız olaraq, İlk öncə uşaqlar happyland əyləncə mərkəzində, atraksion və oyunlardan istifadə edib əyləndikdən sonra KFC- tərəfindən uşaqlara,təmənasız yüksək səviyyədə nahar yeməyi təşkil edildi.

Həmin mərtəbədə qurulmuş novruz səhnəsində, uşaqlar üçün təşkil edilən musiqi, müğənillər, kosa-keçəl gəlib, uşaqların üzünü güldürüb, sevindirib, şənləndirdilər.Sonda isə uşaqlara novruz hədiyəsi olaraq, xurcunlar paylandı. Hər zaman təşkilatın bütün tədbilərində maddi və mənəvi dəstək olan uşaqların sevimlisüi fəxrimiz Eduard Məmmədov, öz gözəl mahniları ilə uşaqları şənləndirən əməkdar artist Səlim Abbasov, gözəll aktyorumuz Çoşğun Viləş novruz tədbirində iştrak edirdilər.

Təşkilartın rəhbəri paralimpiyaçı taekvondo üzrə dünya və avropa çempioniu, əməkdar idman ustası, Aynur Məmmədova bildirdi ki, artıq 2017-ci ildən parkbulvar tərəfindən təmənasız olaraq, belə bayram tədbiləri təşkil olunur. Buna görə bir daha Parkbulvar rəhbrliyinə, Happyland əyləncə mərkəzinin rəhbərliyinə, KFC- nin rəhbərliyinə, Lorhospital rəhəbərliyinə, bütün xeyrsevər insanlara, dostlara, maddi və mənəvi dəstəyi keçən hər kəsə öz adımdan və təşkilat adından təşəkkürümü bildirirəm.