Ev şəraitində asanlıqla öskürək siropu hazırlamaq çox asandır- Özəl

221

Sosialmedia.az xəbər verir ki, tamamilə təbii maddələrlə ev şəraitində asanlıqla öskürək siropu hazırlamaq çox asandır!

Xüsusilə siqaretin səbəb olduğu və ya ağciyərlərə qəbul edilən soyuqdəymə nəticəsində yaranan korona öskürəyə çox xeyirlidir.

Materiallar:
1 soğan
1 limon
1 stəkan qaynadılmış və soyudulmuş su
5 xörək qaşığı süzülmüş bal
1 diş sarımsaq
1 çay qaşığı darçın
2 çay qaşığı zəncəfil

Soğan və sarımsağı yeməyə əlavə edəcəkmiş kimi kublar şəklində doğrayın. Üzərinə 1 stəkan su əlavə edib bankaya götürün. Soğan suyu çıxana qədər (təxminən 1-2 saat) otursun.

Yaxşı qarışdırdıqdan sonra suyu süzüb bankaya qoyun. Bal və limon suyu, zəncəfil və darçın əlavə edin. Öskürək siropunuz hazırdır.

İstifadə edin:
Uşaqlara gündə 1 çay qaşığı (1 yaşa qədər və allergiyası olan uşaqlara verilməməlidir)
Böyüklər gündə 1 xörək qaşığı