“Vaqner” özəl hərbi şirkətinin sahibi Sergey Şoyquya müraciət edib- Özəl

178

Sosialmedia.az xəbər verir ki, “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) sahibi Yevgeni Priqojin Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına başlamaq niyyətinə görə kömək üçün Rusiyanın müdafiə naziri Sergey Şoyquya müraciət edib.

Priqojin müraciət məktubunda bildirib ki, martın sonu-aprelin əvvəllərində Ukrayna Silahlı Qüvvələri “genişmiqyaslı hücuma” başlamağı və “Vaqner” qrupunu Rusiya Silahlı Qüvvələrinin əsas hissəsindən ayırmaq üçün “parçalayıcı zərbələr” endirməyi planlaşdırır.

Bununla əlaqədar Priqojin Şoyqudan “ayırmanın qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyi” xahiş edir. Onun fikrincə, əks halda bu, “mənfi sonuclara” yol açacaq.