İstanbulda xəstəxanada yanğın: Xəstələr təxliyə edilib- Özəl

136

Sosialmedia.az xəbər verir ki, İstanbulun Üsküdar şəhərində xəstəxananın əməliyyat otağında yanğın baş verib. Xəstələr təxliyə edilib. Yanğın qrupların müdaxiləsi ilə söndürülüb.
Üsküdardakı Sultan Əbdülhəmid Han Təhsil və Araşdırma Xəstəxanasının 6-cı mərtəbəsində naməlum səbəbdən yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və polis qrupları göndərilib.

İçəridə olan xəstələrin təxliyyəsi həyata keçirilib. Ətrafda geniş təhlükəsizlik tədbirləri görülüb.

Yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb.