Şəhid ailəri və qazilər Şamaxıda-Özəl

130

“Müharibə iştirakçılarına psixoloji dəstəyin göstərilməsi – gəzintilərin təşkili” layihəsi Azərbaycan Respublikası Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

“Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri, Layihə rəhbəri Şəbnəm Rəfaelqızının YeniZamantv.az-a verdiyi xəbərə görə təşkilat əslində həssas qruplarla fəaliyyətini bütün il boyu qurur.

Sosialmedia.az xəbər verir ki, layihə rəhbəri Şəbnəm Rəfaelqızı qeyd edib ki, Şamaxı rayonuna səyahətdə şəhid ailələri və qazilər iştirak edib. Ziyarət əvvəlcə Türk şəhidliyindən başlayıb. Şəhid Mahmud İbrahimovun atası Azər İbrahimov əsrin əvvəlində erməni –daşnak birləşmələrinin xalqımıza qarşı apardıqları qanlı hadisələrdən danışıb. Şəhid olan türk əsgərlərini xalqımızın hər zaman minnətdarlıq hissləri ilə yad etdiyini qeyd edib.

Daha sonra rayonda iki Vətən Müharibəsi şəhidinin abidə kompleksi ziyarət edilib.

Astrofizika Rəsədxanasında eksponatlarlarla tanışlıq böyük maraq doğrub.

Səfərdə iştirak edən QHT rəhbərləri Mətanət Əsgərqızı, Səbinə Kərimova həssas qruplarla söhbətlər aparıb.

Səyahətdə yemək və iki dəfə çay süfrəsi düzənlənib. Daha sonra səfərdə çəkilən video və fotolar həssas qruplara hədiyyə ediləcək.