Sosial Sahə Üzrə Rəqəmsal Savadlılıq Kampaniyasına Başlanır-Özəl

457

Sosialmedia.az xəbər verir ki, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi bu həftədən bölgələrdə əhalinin sosial sahə üzrə elektronxidmətlər, onlardan istifadə prosedurlarına dair savadlılığının artırılması istiqamətində təşviqat kampaniyasına başlayacaq.

Tədbir Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının müvafiq bəndinə əsasən regionlarda əhalinin rəqəmsallaşma istiqamətində bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.