Masa və oturacaqların hazırlanması sexində yanğn baş verib-Özəl

845

Sosialmedia.az xəbər verir ki, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqların hazırlanması sexində baş verən yanğın zamanı 2 nəfər sexin içərisində yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən yanğın söndürülüb.

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir və araşdırma aparılır.

Qeyd edək ki, yanğın zamanı 370 kvadrat metr sahəli sexin 44 kvadratlıq hissəsi yanıb.