Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasının Prezidenti ilə görüşüb -Özəl

213

Sosialmedia.az xəbər verir ki, aprelin 18-də Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Andjey Duda ilə görüşüb.

Azərbaycan parlamentinin rəhbərini səmimiyyətlə salamlayan Prezident Andjey Duda Polşa və Azərbaycan arasında münasibətlərin səviyyəsindən razılığını bildirib.

O, ölkərimizin hər zaman dost ölkələr olduğunu, gələcəkdə də belə olacağını, münasibətlərimizin ilbəil daha da inkişaf etdiyini bildirib.

Dövlət başçısı, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə bu ölkəyə, özünün isə 2019-cu ildə Azərbaycana səfərini xatırladaraq, bu təmasların ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəyə qalxmasında mühüm rolunu qeyd edib.