QHTagentliyi yaxşı-pis fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının evidir-Emil Maqalov

4389

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Aqgentliyi yaxşı-pis fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının evidir. Sosialmedia.az xəbər verir ki, bu sözləri Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyi sədri Emil Maqalov öz feysbuk səyfəsində yazıb.

O, qeyd edib ki, Agentlik kimlərinsə şəxsi malı, şirkəti və ya hansısa MMC-si deyil. Bu dövlət qurumudur. Dövlətin isə YİYƏSİ var.
Kimlər ki, göydən düşşdüyünü sanıb “Nə yoğurdum nə yapdım, hazırca kökə tapdım” düşünərək dövlət qurumunu öz şəxsi maraqları üçün istifadə edirsə, bu mütləq “40 gün” çəkəcək.

Biz QHT-lər evimizi qoruya, evimizə dəstək verə bilir və verəcəyik.
Bəzi QHT- lər bəzi haqsızlıqları görərək susur. Qorxur ki, nə isə deyər o “MMC işlədənlərin” xoşuna gəlməz və onlara daha “qrant” verməz. Çünki onların elə özləri səhv içində fəaliyyət göstərən QHT lərdir…

Bu hədə-qorxu yox, xəbərdarlıqdır deyə yazıb.

Qeyd edək ki, bir qrup QHT-rəhbəri haqlı olaraq iradını QHT-lərə Dövlət Dəstəyi Agentliyinə bildiriblər. Onlar QHT-lər arasında ayrı-seçkiliyə, bilərəkdən narazıçılıq yaradılmasında günahlandırırlar.