İlham Əliyev prezident Ərdoğanı təbrik edib- Özəl

171

Azərbaycan Prezidenti İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanı və Xalq Alyansını prezident və 28-ci dönəm parlament seçkilərində səslərin çoxluğunu qazanması münasibətilə təbrik edib.

Sosialmedia.az xəbər verir ki, Əliyev Ərdoğana telefonla zəng edərək təbriklərini çatdırıb.

Əliyev qeyd edib ki, Türkiyə Ərdoğanın rəhbərliyi ilə böyük irəliləyişlər əldə edib və bunun təzahürü olaraq qardaş Türkiyə xalqı bu seçkilərdə də öz liderinə etimad göstərib.

Ərdoğan həmçinin Əliyevə göstərdiyi maraq və təbrikə görə təşəkkür edib.

Görüş zamanı liderlər iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daimi və sarsılmaz olduğunu bir daha vurğuladılar.