Zakir Həsənov Gürcüstana səfərə gedib-Özəl

217

Sosialmedia.az xəbər verir ki, Mayın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladzenin dəvəti ilə bu ölkəyə işgüzar səfərə gedib.

General-polkovnik Z. Həsənov Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən hərbi parad və hərbi qulluqçuların andiçmə mərasimində fəxri qonaq qismində iştirak edir.