Günərzi Qayğı Mərkəzində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş bayram şənliyi keçirilib- Özəl

290

1 iyun 2023-cü il tarixdə Samux rayonunda fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş bayram şənliyi keçirilmişdir.

Sosialmedia.az xəbər verir ki, “İstedadlı Əlillər” İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin elan etdiyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” adlı layihənin Samux rayon üzrə qalibi olmuşdur.

Tədbir ilk öncə uşaqların ifasında Azərbaycan Himni səsləndilərək açıq elan edildi və sonra söz mərkəzin rəhbəri Qubad Qasımova verildi. Mərkəzin rəhbəri öz növbəsində gələn qonaqları salamlayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhid olan qəhrəmanların xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Daha sonra Qubad Qasımov qeyd etdi ki, bu günki tədbir 1950-ci il iyunun 1-də BMT nin Baş Assambeliyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.

1950- ci il iyunun 1-də təşkil olunmuş “Qadınların Beynəlxalq Konfrans”da uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndirilib və elə həmin tədbirdə də 1 iyun tarixini Beynəlxalq Uşaq Müdafiəsinə həsr etmək qərarı verilib. Həmçinin Azərbaycanda da uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı lahiyələr və işlər görülüb. Uzun illərdir ki, ƏƏSMN-yi əlilliyi olan uşaqlara və aztəminatlı ailələrin övladlarına Azərbaycanın bütün bölgələrində Günərzi Qayğı Mərkəzlərinin açılmasını göstəriş vermişdir.

Burda məqsəd uşaqların Dövlət İnternat evlərinə düşməsinin qarşısının alınması və imkansız ailələrin övladlarının dövlət bağçalarına yerləşdirə bilməməsi üçün, həmin ailələrin övladlarına təmənnasız baxça xidmətinin görsədilməsi və ailələrə dəstək verməkdən ibarətdir. Daha sonra SXA-nin nümayəndəsi Ceyhun Həsənov çıxış edərək qeyd etdi ki, bu kimi lahiyələr ölkə prezidentinin daim diqqət mərkəzindədir və dövlət olaraq sosial təbəqənin daim yanında olmaq dövlətin borcudur. Daha sonra tədbiri mərkəzin körpə fidanlarının vətənpərvər şeirləri və “İstedadlı Əlillər İctimai Birliyi” üzvü Rauf Samuxlu və Sevinc Gəmglinin ifaları səsləndirildi. Tədbirin sonunda uşaqları şənləndirən klon uşaqlarla birlikdə şeir deyərək, bayram tortu kəsildi.