Dünyanı cəlb edən Rusiya bazarları: Azərbaycan və Türkiyə üçün yeni imkanlar- Özəl

4666

Sosialmedia.az xəbər verir ki, Rusiya Ukrayna müharibəsinə başlması ilə Qərb və Avropa ölkələri tərəfindən böyük iqtisadi və siyasi sanksiyalarla üz-üzə qaldı. Belə ki, 2022-cilin 24 fevralından etibarən bir çox ölkələr Rusiya Federasiyasına qarşı görünməmiş sanksiya paketləri tətbiq etdi. Bir çox xarici şirkət Rusiyada fəaliyətini və ölkəyə satışı dayandırdığını elan etdi. Hazırda da bu proses davam edir. Bu prosesin gedişatında Rusiya bazarları Qərb və Avropa şirkətlərinin əlindən çıxır.

Qərb şirkətlərinin Rusiya bazarını tərk etməsi isə sanksiyalara qoşulmayan ölkələr, xüsusilə də Türkiyə, Azərbaycan, İran, eyni zamanda Yaxın Şərq və Asiya ölkələri üçün yeni və böyük imkanlar yaradır. Artıq bir sıra ölkələr Rusiya bazarlarına girmək üçün ciddi addımlar da atmağa başlayıb.
İlk belə addım isə dünyanın iqtisadi hegemonu olan Çindən gəlib.

Belə ki, Çinin kiçik və orta özəl şirkətləri Rusiya bazarında Qərb şirkətlərinin kütləvi şəkildə geri çəkilməsi ilə bağlı biznes imkanlarını araşdırdığını və yaranan boşluğu doldurmağa çalışdıqlarını bəyan edib. Təbii ki, bu, Rusiya-Çin ticarətinin artmasına təkan verə bilər. Qeyd edək ki, bu bəyanat “South China Morning Post” qəzeti vasitəsilə dünya ictimaiyyətinə çatdırılıb.

Rusiya bazarlarına girmək üçün can atan ölkələrdən biri də Türkiyədir. Türk şirkətləri Rusiyadan boşalan bazarları tutmaq üçün ciddi cəhdlə çalışır. Son informasiyalara görə, bu məsələ dövlətlər səviyyəsində müzakirə olunur. Qeyd olunur ki, artıq Türkiyənin 200-ə yaxın şirkəti Rusiyada istehsal, satış, tikinti, reklam, xidmət sahələrində fəaliyyət göstərmək istədiklərini açıqlayıblar. Nəzərə alsaq ki, Rusiya bazarı kifayət qədər böyükdür, şirkətlərin bu marağının çox olma səbəbi aydın olur.

Eyni zamanda yaxın zamanlarda Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə rəsmi səfər edəcəyi də gözlənilir.
Xüsusilə də Türkiyədə Rəcəb Tayyib Ərdoğanın yenidən xalqın səsini alaraq prezident seçilməsi iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə fürsət yaradır.

İddia olnur ki, Putinin Türkiyəyə səfəri zamanı gündəm məsələlərindən biri də məhz türk şirkətlərinin Rusiya bazarlarına girməsi olacaq. Bu məsələnin müsbət həllini tapacağı ehtimalı isə yüksək qiymətləndirilir.

Qeyd edək ki, Rusiyada 15-18 iyun 2022-ci il tarixində XXV Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilmişdi. Bu forumda iştirak edəcək ölkələr də məhz Rusiya bazarları uğrunda mübarizə aparırdı. Xatırladaq ki, forumda 130 fərqli ölkədən 14 mindən çox insan iştirak etdi. 81 ölkə foruma öz rəsmi nümayəndəsini göndərmişdi.
Bu il də 14-17 iyunda keçiriləcək Peterburq Beynəlxalq İqtisadi Forumuna dünya ölkələrinin eyni səviyyədə maraq göstərəcəyi gözlənilir.

Nəzərə alsaq ki, Rusiya bazarının böyüklüyü istənilən ölkə üçün cazibədardır və hər bir ölkə bu mübarizədə qalib gəlib Qərb və Avropa şirkətlərindən boşalan yerləri doldurmağa çalışacaq, bu baxımdan Türkiyə və Azərbaycan üçün də bu forum böyük əhəmiyyət kəsb edir. Eyni zamanda Azərbaycan və Türkiyə şirkətləri Rusiya bazarında mütəmadi olaraq fəaliyyət göstərib, bu gün də qarşılıqlı əməkdaşlıqlar davam edir. Bu forum isə fəaliyyət sahələrinin genişlənməsinə xüsusi tövhə verəcək.

Xatırladaq ki, son hesablamalara görə, Amerika və Avropa şirkətlərinin Rusiya bazarından tam və ya qismən çıxması onlara hər il 50 faiz gəlir itirməyinə səbəb olacaq. Bu faktın özü də Rusiya bazarlarının böyüklüyünü göstərir.

Rusiya bazarlarını mövqeyinə gücləndirmək istəyən ölkələrdən biri də Azərbaycandır. Azərbaycan şirkətləri Rusiya bazarlarında daha çox xidmət, istehsal və satış sahələrində çalışır. Nəzərə alsaq ki, Rusiya ilə Azərbaycan arasında “Müttəfiqlik sazişi” də imzalanıb, bu, Azərbaycan şirkətlərinin şansını daha da artırır.

İran, Yaxın Şərq və Asiya ölkələrinin şirkətləri də Rusiya bazarların girməkdə maraqlıdırlar. Görünən odur ki, hazırda Rusiya bazarlarına girmək uğrunda ciddi mübarizə gedir. Ekspertlər də hesab edir ki, ötən ilin 15-18 iyununda keçirilən XXV Peterburq Beynəlxalq İqtisadi Forumundan sonra Türkiyə vı Azərbaycan şirkətləri əvvəlki illərlə müqayisədə daha böyük iqtisadi imkanlar əldə edib. Bu il də 14-17 iyunda baş tutacaq XVI Peterburq Beynəlxalq İqtisadi Forumunda Azərbaycan və Türkiyənin yaxından iştirakı vacib və zəruri hesab olunur.