Xəbəral.Az Saytının 9 Yaşı Tamam Olur- Özəl

265

Sosialmedia.az xəbər verir ki, bu gün ölkənin tanınmış saytı olan Xəbəral.Az xəbər saytının 9 yaşı tamam olur.
Sayt 2014-ci il iyulun 24-ü fəaliyyətə başlayıb və qısa müddət ərzində geniş oxucu kütləsi toplayıb.

Xəbəral.az günün 24 saatı işləyir.
Ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran Xəbəral.Az portalı geniş oxucu auditoriyasına malikdir.

Saytda aktual xəbərlərlə yanaşı, müsahibələr, analitik məqalələr, foto və video reportajlar da dərc olunur.
Xəbəral.az saytı hər zaman doğru, dolğun, dəqiq və operativ şəkildə paylaşdığı informasiya ilə öz izləyici kütləsini qazanıb.

Sosial, ictimai, mədəni, siyasi, iqtisadi Azərbaycanda və dünyada baş verən bütün yenilikləri oxuculara çatdıran sayt, sosial məsələlərin işıqlandırılmasına da daim həssaslıqla yanaşıb.

Bu ötən illər ərzində oxucularına hər zaman aktual məsələlərə dair xəbərləri çatdırmağa çalışıb.

Dəqiq müəyyənləşdirilmiş informasiya siyasəti və sosial şəbəkələrdəki fəal iş sayəsində Xəbəral.az Azərbaycanın media məkanında özünün layiqli yerini tutub.

Xatırladaq ki, Xəbəral.az saytı artıq Tiktok platforması üzərində geniş izləyici sayı toplayıb.

Xəbəral.az xəbər portalının baş redaktoru Mirismayıl Xələfli vurğulayıb ki, bu gün mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər dövlətin mətbuata qayğısı kimi dəyərləndirilməlidir.

Mirismayıl Xələfli
Nəzərinizə çatdıraq ki, bu gün həmçinin Xəbəral.az saytının Baş redaktoru Mirismayıl Xələflinin 39 yaşı tamam olur.

Bu münasibətlə Sosialmedia.az saytı olaraq, Mirismayıl Xələflini doĝum gùnü,həmçinin Xəbəral.az saytını 9 yaṣı münasibəti ilə təbrik edirik!