Sağlamlıq imkanları məhdud uşaqlar üçün yay festivalı keçirildi-Özəl

533

14 avqust 2023-ci il tarixində KMF prodectionın,Model Agentliyinin rəhbəri və BrendSport.az saytının Marketinq Direktoru Könül Novruzova nın rəhbərliyi ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün “Biz məhdud imkanlara sahib deyil, fərqli qabiliyyətlərə sahibik” şüarı ilə yay festivalı keçirildi.

Bu barədə Sosialmedia.az-a tədbirin təşkilatçısı Könül Sultan məlumat verib. Onun sözlərinə görə, tədbirin məqsədi sağlamlıq imkanları məhdud uşaqların bacarıqlarını nümayiş etdirmək və onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.

Bu festivalda moda sahəsindəki yeniliklərlə bərabər, ictimaiyyətin maarifləndirilmhəsi, insanların bir-birinə qayğı ilə yanaşması, diqqətin və nəvazişin təbliğatı tədbiri idi.
Tədbirdə sağlamlıq imkanları məhdud uşaqlarla yanaşı, şəhid anaları, qazilər, bir çox QHT-lər, media və tanınmış simalar iştirak etdi. Tanınmış müğənillərin ifaları tədbirə xüsusi rəng qatdı.Tədbir bir sıra mükafatların təqdimatı ilə yekunlaşdı.