QHT Vətən müharibəsindəki qələbəmizin təbliği ilə bağlı maarifləndirici tədbir keçirtdi- Özəl

176

Sosialmedia.az xəbər verir ki, “Bizim şəhər”Sumqayıt Sosial İnkişaf Mərkəzi İB-yi   Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sumqayıt orta məktəblərində Vətən müharibəsindəki qələbəmizin təbliği ilə bağlı maarifləndirmə işinin dəstəklənməsi” layihəsini həyata keçirir.

30 avqust 2023-cü il layihə çərçivəsində seçilmiş Sumqayıt şəhər İsmət Qayıbov adına 1№-li və 23 №-li tam orta məktəbin şagirdlərindən ibarət 28 nəfər Bakı şəhərinə,Hərbi Qənimətlər Parkına ekskursiya təşkil edildi.Uşaqlar Hərbi Qənimətlər Parkında olan eksponatlara böyük maraq göstərdilər. Məktəblilər üçün bu ekskursiya Vətən müharibəsindəki qələbəmizin sevincini bir daha yaşatdı.

“Bizim Şəhər ”SSİM sədri  Mətanət Zeynalova