Rafail Becanov: Qərbi Azərbaycana qayıdışımızdan da yazacağımıza inanırıq!-Özəl

233

“Qərbi Azərbaycana qayıdışımızdan da yazacağımıza inanırıq! Olacaq, bu da olacaq!”

Bu fikirləri Sosialmedia.az-a açıqlamasında “Cümhuriyət” qəzetinin və Cebhe.info Xəbər Portalının baş redaktoru Rafail Becanov bildirib.

“30 yaşlı “Cümhuriyət”in nəşrini yenidən bərpa etməsinin və Cebhe.info Xəbər Portalının fəaliyyətə başlamasından 8 il ötür.
“Cümhuriyət”in də, Cebhe.info-nun da hədəfi bütöv, böyük, azad, torpaqları işğaldan qurtulan və firavan Azərbaycan üçün çalışmaq idi. Bir media quruluşu olaraq əlimizdən gələni etdik və bu gün də edirik, sabah da edəcəyik…

İndi mutluyuq. Zəngilana, Laçına, Füzuliyə köç başlayıb. Şuşa Quba kimi, Qusar kimi, Lənkəran kimi, Qazax kimi gedib-gələ biləcəyimiz məkana çevrilib.
Tarixi hadisələrdən yazmaq, o möhtəşəm işlərdən xəbər hazırlamaq bu günləri yaşamaq qədər gözəldir!
Qərbi Azərbaycana qayıdışımızdan da yazacağımıza inanırıq! Olacaq, bu da olacaq!
***
Media məkanında bizi Cebhe.info, “Cümhuriyət”, Cebhe TV edən oxucularımıza, abunəçilərimizə, izləyicilərimizə minnətdarıq.
Bu uğura görə isə kollektivimizə minnətdarıq. Uğuru qazanan kollektivin keçmişi, indisi olmur. Bütün nailiyyətlər dünən bizimlə olanların, bu gün bir yerdə çalışdıqlarımızın birgə əməyidir.
Bu illər ərzində bizə dəstək olan bütün yaxşı adamlara, dostlarımıza minnətdarlığımız, sayğımız böyükdür. Yanımızda olan hər kəsə DUAÇIYIQ!
Böyük Sabir demişkən “pisi pis, əyrini əyri, düzü həmvar yazım” əsas qayəmiz oldu. Nə qədər bacardıqsa, onu etdik!
Təməl prinsiplərimizdən hesab etdiyimiz Vətənə, dövlətə xidmət, milli maraqlar və bunun sonucu olan Azərbaycanı – Təbrizli, Ərdəbilli, Urmiyalı, Zəncanlı- gündəlik mövzularımızdan sayırıq. Bu yolda hər zaman varıq!”

Sosialmedia.az olaraq “Cümhuriyət” qəzetində və Cebhe.info Xəbər Portalında çalışan həmkarları təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!