Rusiya bazarları uğrunda mübarizə qızışır: Şirkətlər 10-13 sentyabrı gözləyir- Özəl

4562

Sosilmedia.az xəbər verir ki, Rusiya Ukrayna müharibəsinə başlması ilə Qərb və Avropa ölkələri tərəfindən böyük iqtisadi və siyasi sanksiyalarla üz-üzə qaldı. Belə ki, 2022-cilin 24 fevralından etibarən bir çox ölkələr Rusiya Federasiyasına qarşı görünməmiş sanksiya paketləri tətbiq etdi.

Bir çox xarici şirkət Rusiyada fəaliyətini və ölkəyə satışı dayandırdığını elan etdi. Nəticədə böyük Rusiya bazarları boşaldı və Qərbin sanksiyalarına qoşulmayan ölkələrin şirkətləri üçün yeni imkanlar yarandı.

Yəni son 1 ildə Rusiya bazarları Qərb və Avropa şirkətlərinin əlindən çıxdı və bu proses davam edir. Qərb şirkətlərinin Rusiya bazarını tərk etməsi isə sanksiyalara qoşulmayan ölkələr, xüsusilə də Türkiyə, Azərbaycan, İran, eyni zamanda Yaxın Şərq və Asiya ölkələri üçün yeni və böyük imkanlar yaradır. Artıq bir sıra ölkələr Rusiya bazarlarına girmək üçün ciddi addımlar da atmağa başlayıb.

İlk belə addım isə dünyanın iqtisadi hegemonu olan Çindən gəlib. Belə ki, Çinin kiçik və orta özəl şirkətləri Rusiya bazarında Qərb şirkətlərinin kütləvi şəkildə geri çəkilməsi ilə bağlı biznes imkanlarını araşdırdığını və yaranan boşluğu doldurmağa çalışdıqlarını bəyan edib. Təbii ki, bu, Rusiya-Çin ticarətinin artmasına təkan verə bilər. Qeyd edək ki, bu bəyanat “South China Morning Post” qəzeti vasitəsilə dünya ictimaiyyətinə çatdırılıb.

Rusiya bazarlarına girmək üçün can atan ölkələrdən biri də Türkiyədir. 4 sentyabrda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfər etməsi və rusiyalı həmkarı ilə görüşündə müzakirə olunan məsələlərdən birinin də iqtisadi əməkdaşlıq olduğu bildirilir. Nəzərə alsaq ki, son 1 ildə Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmi 25 faizə qədər artıb, Türkiyənin yaranmış münbit şəraitdən mümkün qədər istifadə etdiyini demək olar.
Bütün bunlarla yanaşı, türk şirkətləri Rusiyadan boşalan bazarları tutmaq üçün ciddi cəhdlə çalışır. Son informasiyalara görə, bu məsələ dövlətlər səviyyəsində müzakirə olunur.

Qeyd olunur ki, artıq Türkiyənin 200-ə yaxın şirkəti Rusiyada istehsal, satış, tikinti, reklam, xidmət sahələrində fəaliyyət göstərmək istədiklərini açıqlayıblar. Nəzərə alsaq ki, Rusiya bazarı kifayət qədər böyükdür, şirkətlərin bu marağının çox olma səbəbi aydın olur.
Xüsusilə də Türkiyədə Rəcəb Tayyib Ərdoğanın yenidən xalqın səsini alaraq prezident seçilməsi iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə fürsət yaradır.

İddia olnur ki, Ərdoğanın 4 sentyabrda gerçəkləşən Rusiya səfərindən sonra türk şirkətlərinin Rusiya bazarlarına girməsi daha da asan olacaq.
Digər tərəfdən bunun üçün ən real imkanlar 10-13 sentyabr tarixlərində Vladivostokda keçiriləcək VIII Şərq İqtisadi Forumunda olacaq. Qeyd edək ki, Forumda Azərbaycan və Türkiyə şirkətləri yaxından iştirakı vacib və zəruri hesab olunur.

Xatırladaq ki, Rusiyada 15-18 iyun 2022-ci il tarixində XXV Peterburq Beynəlxalq İqtisadi Forum, o cümlədən ötən ilin 5-8 sentyabrında Vladivostok şəhərində VII Şərq İqtisadi Forumu keçirilmişdi. Bu forumlarda iştirak edən ölkələr də məhz Rusiya bazarları uğrunda mübarizə aparırdı. Təkcə Peterburq Beynəlxalq İqtisadi Forumunda 130 fərqli ölkədən 14 mindən çox şəxs iştirak etdi. 81 ölkə foruma öz rəsmi nümayəndəsini göndərmişdi.

10-13 sentyabr 2023-cü ildə Rusiyanın Vladivostok şəhərində keçiriləcək Şərq İqtisadi Forumuna da dünya ölkələrinin eyni səviyyədə maraq göstərəcəyi gözlənilir.
Nəzərə alsaq ki, Rusiya bazarının böyüklüyü istənilən ölkə üçün cazibədardır və hər bir ölkə bu mübarizədə qalib gəlib Qərb və Avropa şirkətlərindən boşalan yerləri doldurmağa çalışacaq, bu baxımdan Türkiyə və Azərbaycan üçün də bu forum böyük əhəmiyyət kəsb edir. Eyni zamanda Azərbaycan və Türkiyə şirkətləri Rusiya bazarında mütəmadi olaraq fəaliyyət göstərib, bu gün də qarşılıqlı əməkdaşlıqlar davam edir. Bu forum isə fəaliyyət sahələrinin genişlənməsinə xüsusi tövhə verəcək.

Xatırladaq ki, son hesablamalara görə, Amerika və Avropa şirkətlərinin Rusiya bazarından tam və ya qismən çıxması onlara hər il 50 faiz gəlir itirməyinə səbəb olacaq. Bu faktın özü də Rusiya bazarlarının böyüklüyünü göstərir.
Rusiya bazarlarını mövqeyinə gücləndirmək istəyən ölkələrdən biri də Azərbaycandır. Azərbaycan şirkətləri Rusiya bazarlarında daha çox xidmət, istehsal və satış sahələrində çalışır. Nəzərə alsaq ki, Rusiya ilə Azərbaycan arasında “Müttəfiqlik sazişi” də imzalanıb, bu, Azərbaycan şirkətlərinin şansını daha da artırır.
İran, Yaxın Şərq və Asiya ölkələrinin şirkətləri də Rusiya bazarların girməkdə maraqlıdırlar. Görünən odur ki, hazırda Rusiya bazarlarına girmək uğrunda ciddi mübarizə gedir. Ekspertlər də hesab edir ki, ötən ilin 15-18 iyununda keçirilən XXV Peterburq Beynəlxalq İqtisadi Forumundan sonra Türkiyə və Azərbaycan şirkətləri əvvəlki illərlə müqayisədə daha böyük iqtisadi imkanlar əldə edib. Bu il də 10-13 sentyabrda baş tutacaq Şərq İqtisadi Forumunda Azərbaycan və Türkiyənin yaxından iştirakı vacib və zəruri hesab olunur.