35 uşağa dəstək: Hesabat verildi – FOTOLAR- Özəl

212

Sosialmedia.az xəbər verir ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə “Sosial sığınacaqların inkişafına dəstək” layihəsinin hesabatını verib.

Təşkilatın sədri Mehriban Zeynalova bildirib ki, layihə 01.05. 2023-cü il tarixində başlayıb və icrasına 35 uşaq cəlb edilib. Onlardan baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların sayı 12, məişət zorakılığından zərərçəkəblərin sayı 23-dür.

Layihə çərçivəsində 28 uşaq Binəqədi rayon 11 saylı uşaq poliklinkasında tibbi müayinədən keçirilib.

2 yeniyetmə dəri-zöhrəvi xəstəxanada müalicə alıb. “Loqos” psixoloji və lopedik mərkəz tərəfindən layihə iştirkaçılarının psixoloji diaqnostikası aparılıb.

“Qırmızı Ürəklər” Fondu tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 32 uşaq əl işlərinin hazırlanması tədbirində iştirak edib.

“Russkiy dom”-un təşkilatçılığı ilə 32 uşaq məşğələlərə cəlb olunub. “Gənclər üçün karyera planlaması“ təlimində 3 iştirakçı sertifikat alıb. Kapoyera üzrə Azərbaycan çempionatında bir layihə iştirakçısı 2-ci yer qqzanıb. Uşaqlar həmçinin, “Baksel” və SOS Uşaq Kəndinin birgə təşkilatçılığı ilə keçirilən 5 günlük təlimə qatılıb.

“İnsan hüquqları” aylığı çərçivəsində layihə üzrə hüquqşünas Pərviz Eyyubov tərəfindən sığınacaq sakinləri üçün “Mənim hüquqlarım” adlı test sorğusu hazırlanıb, həmçinin 25 nəfərin iştirakı ilə təlim keçirilib. Eləcə də uşaqlar və əməkdaşların birgə səyi ilə 1,30 dəqiqəlik çarx, uşaqlara qarşı şiddət mövzusunda başqa bir rolik hazırlanıb.

Sosial Xidmətlər Agentliyinin əməkdaşı və 17 uşağın iştirakı ilə “İnsan haqları şəkillərdə” təlimi baş tutub.

“Qırmızı Ürəklər” Fondu və “Pasha Property Management”-in birgə tərəfdaşlığı ilə yaradıcılıq mərkəzində 27 uşağın iştirakı ilə peşə bacarıqlarının inkişafı təlimi olub. Binəqədi Gənclər Evinin kollektivi tərəfindən uşaqların şəxsi inkişafı, asudə vaxtlarının düzgün təşkili məqsədi ilə öyrədici və maraqlı tədbirlər təşkil edilib. Layihə çərçivəsində “Soft skills-yumşaq bacarıqlar” təlimi, “Tabu” əyləncəli oyun və “Zəkaşünas” intellekt təqdimatı keçirilib.

“Azart” Futbol Klubun üzvləri ilə sığınacaq sakinlərinin görüşü olub. Heydər Əliyevin 100 illiyi münasibətilə Uşaq Fondu tərəfindən keçirilən inşa müsabiqəsində 16 nəfər iştirak edib.

3 iyuldan yay məktəbi fəaliyyətə başlayıb. Həftədə 3 dəfə ingilis dili kursları, psixoloji qrup terapiyaları, hüquqi təhsil, rəsm məşğələləri olub ki, orada 7 yaşdan yuxarı 22 uşaq iştirak edib. 4 yaşdan 6 yaşa kimi 13 uşaq üçün aplekasiya dərsləri keçirilib.

4 uşaq təhsildən yayındırıldığına görə yenidən hazırlıq kursuna başlayıb. Həftədə 4 dəfə bədii ədəbiyyat üzrə oxu dərsləri keçirilib, tamaşalar hazırlanıb.

Eyni zamanda, Astarada oteldə iki günlük istirahət və məşğələlərdə 22 nəfərin iştirakı təmin edilib. Layihə çərçivəsində 10 nəfərə hüququ yardım göstərilib.

SXA tərəfindən istiqamətləndirilmiş 4 uşağın uşaq evinə yerləşdirilməsi proseduru yekunlaşıb.

26 uşağa psixoloji yardım göstərilib.

20 uşaq DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müxtəlif peşələr üzrə kurslarda iştirak edir. 35 uşaq, qida, gigeyenik vasitələr və geyimlə təmin edilib.

Yay tətilində qadın bəzək əşyaları üzrə 2 aylıq peşə kursları təşkil olunub. Sığınacaqda qalan 7 qız “Bakcell” şirkətinin dəstəyi ilə Göygöldə regionlarda yaşayan və xüsusi qruplara aid olan qızlar üçün İT və STEAM düşərgəsində olub.

Yeni dərs ilinin başlaması münasibətilə bütün bütün uşaqlar məktəb ləvazamatları ilə təmin edilib.