Xızı rayonunda İcbari tibbi sığorta ilə bağlı ictimai müzakirə təşkil olundu

3102

Xızı rayonu Heydər Əliyev Mərkəzində İcbari tibbi sığorta ilə bağlı ictimai müzakirə təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi Olan şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” ictimai birliyinin həyata keçirdiyi “Sumqayıt şəhəri və ətraf rayonlarda İcbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi ilə bağlı Ictimai müzakirələrin təşkili” layihəsi çərçivəsində baş tutub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, QHT-ları rəhbərləri və media nümayəndələri iştirak edirdi.

Sosialmedia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Əlilliyi Olan şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri , layihə rəhbəri Səbinə Kərimova iştirakçıları salamlayaraq, layihə barədə qısa məlumat verdi. O, qeyd etdi ki, Sumqayıt şəhərində fəaliyyət göstərən Əlilliyi Olan şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 01.07.2023-ci il tarixindən “Sumqayıt şəhəri və ətraf rayonlarda İcbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi ilə bağlı Ictimai müzakirələrin təşkili” layihəsnin icrasına başlayıb. Layihə üzrə ikinci tədbir Xızı rayonunda təşkil olunur. Layiənin əsas məqsədi Sumqayıt və yaxın reginonlarda İcbari Tibbi Sığorta haqqında əhalinin maarifləndirilməsi, onların İcbari Tibbi Sığortaya əlçatanlığının təmin olunmasına yardımçı olmaq, “İcbari tibbi sığorta sistemindən yararlanmaq üçün tibb müəssisələrinə müraciət qaydası barədə məlumatlandırmaqdır.

Səbinə Kərimova bildirdi ki, əhalinin sağlamlığının qorunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etmək üçün 1 aprel 2021-ci il tarixindən icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə etməyə başlayıb. Artıq üç ilə yaxındır ki, ölkəmizdə İTS fəaliyyət göstərir,lakin əksər əhalinin bu barədə tam məlumatı olmadığı üçün onlar özəl klinikalara üz tutur və ya İcabri tibbi sığortanın işləməməsindən şikayət edirlər. Buna görə biz əhali arasında icbari tibbi sığorta barədə maarifləndirmə işləri apararaq, onların bu barədə geniş məlumat almasına köməklik göstəririk. İcbari tibbi sığortanın tətbiqi məqsədilə görülən işlər, vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılması, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşmasını təmin edəcək deyə vurğuladı.
Tədbirdə Xızı rayon icra hakimyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abdulla Hüseynov layihənin əhəmiyyətli olduğunu və əhalinin bu barədə məlumatlanmasını yüksək qiymətləndirdi.

Xızı rayon Mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Səbuhi Əliyev İcabri tibbi sığorta ilə bağlı Xızı rayonunda əhalinin xəbərdar olması və günü-gündən müraciət edənlərin sayının artıdğını qeyd etdi. O, İTS-nin təkminləşdirilməsi və bu barədə əhalinin maariflənməsinin vacib olduğunu vurğuladı.

Xızı rayon C.Cabbarlı adına ev muzeyininj rəhbəri Həcər Rəsulova layihənin əhəmiyyətindən danışdı və layihəyə uğurlar arzuladı.
Sonra İcbari Tibbi Sığorta Agentliyinin eksperti Sevil Əliyeva İcbari tibbi sığorta nədir? “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər” “Göndərişlərin verilmə qaydası” “İcbari tibbi sığorta sistemindən yararlanmaq üçün tibb müəssisələrinə müraciət qaydası barədə geniş məlumat verdi. Tədbir müzakirələrlə yekunlaşdı.