Daşaltı əməliyyatında şəhid olmuş Milli Qəhrəmanın qalıqları tapılıb-Özəl

196

Daşaltı əməliyyatında şəhid olmuş Milli Qəhrəman Riad Əhmədovun qalıqları tapılıb.

Sosialmedia.az xəbər verir ki, o, uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışmış, 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdur. Riad Əhmədov 1992-ci il yanvarın 26-sında rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşmüşdür”.