
Sosialmedia.az xəbər verir ki, Çexiyada Rusiyanın Ukraynaya qarşı müharibəsini açıq şəkildə dəstəklədiyinə görə 384 cinayət işi açılıb.
Polis həmçinin İsrail və HƏMAS arasında müharibə ilə bağlı mümkün cinayətləri izləyir. İndiyədək hüquq-mühafizə orqanları 14 “antisemit kontekstli ekstremizm hadisəsi” qeydə alıb.