
İsrailin hücumları səbəbindən Qəzzadan təxliyə edilən daha 87 Türkiyə və KKTC vətəndaşı Misir vasitəsilə İstanbula çatıb.
Qahirə hava limanından havaya qalxan və 27 KKTC və 60 Türkiyə vətəndaşını Rəfah Sərhəd Qapısından keçərək Misirə aparan Türk Hava Yollarına məxsus təyyarə İstanbul hava limanına enib.
Sosialmedia.az xəbər verir ki, Türkiyə və KKTC vətəndaşlarını hava limanında Xarici İşlər Nazirliyinin nümayəndələri və AFAD rəsmiləri qarşılayıblar.
Qəzzadan təxliyə edilən vətəndaşlara hava limanında çay və peçenye ikram edilib.
Pasport nəzarətindən sonra bəzi vətəndaşlar ayrılmış avtobuslarla hava limanını tərk edərkən, KKTC vətəndaşları və yaşayış yeri başqa vilayətlərdə olanlar isə AFAD tərəfindən təyin olunan otellərə yerləşdirilib.