Pasiyentlər İTS hesabına aldıqları xidməti qiymətləndirə biləcəklər-Özəl

283

Sosialmedia.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova açıqlama verib.

Agentlik vətəndaş məmnunluğunun yüksəldilməsi üçün növbəti illər üçün qarşısına bir çox məqsədlər qoymuşdur.
İlk olaraq vətəndaş məmnunluğunu ölçmək üçün “e-Tabib” mobil tətbiqi üzərindən icbari tibbi sığorta hesabına göstərilən tibbi xidmətləri qiymətləndirmək mümkün olacaq. Tibbi xidmətin qiymətləndirilməsi dedikdə müvafiq xidmət üzrə rəy yazmaq, tibbi personalın davranışı, pasiyentə olan münasibət, xəstəxanadakı şərait və digər məsələlərlə bağlı pasiyentlər mobil tətbiq üzərindən fikirlərini bildirə biləcəklər. Biz öz növbəmizdə bunları ətraflı təhlil edib keyfiyyətin artırılması üçün müvafiq tədbirlər görəcəyik.

Əsas hədəfimiz universal tibbi təminata, keyfiyyətli xidmətlərin göstərilməsinə nail olmaqdir. İnanırıq ki, görüləcək bu tədbirlər tibbi xidmətlərin əhali üçün daha əlçatan olmasına və məmnunluğun artmasına, onların maliyyə risklərindən mühafizəsinə gətirib çıxaracaq.