Yerə Ən Çox Bənzəyən Planet-Özəl

205

Sosialmedia.az xəbər verir ki , 300 işıq ili uzaqlıqda yerləşən və bu günə qədər Yer kürəsinə ən çox bənzəyən planet “Kepler-1649c”-dir.

Onun radiusi bizim planetimizin radiusundan 1,06 dəfə böyükdür. O, qırmızı cırtdan ulduzun ətrafında 19,5 sutka ərzində fırlanır.

Kepler-1649c-nin iqlimi haqqında çox az şey məlumdur. O, Yerin Günəşdən aldığı işığın tam 75%-ni öz ulduzundan alır; buna görə də atmosferdən asılı olaraq onun səthinin temperaturu Yerin temperaturu ilə kifayət qədər oxşar ola bilər ki, bu da planetdə maye suyun mövcud ola bilmə ehtimalını artırır.

Kepler-1649c ekzoplanetinin atmosferinin tərkibinin nədən ibarət olduğu isə aydın deyil.