Aqil Qurbanov və Ramiz Tahirovun Gürcüstanda işgüzar səfəri davam edir-Özəl

261

Sosialmedia.az xəbər verir ki , Azərbaycan Respublikasının müdafiə nazirinin müavinləri Baş direktor cənab Aqil Qurbanov və Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirovun Gürcüstanda işgüzar səfəri davam edir.

Müdafiə Nazirliyinin rəhbər heyəti Tbilisi şəhərində yerləşən “Delta” Dövlət Hərbi Elmi-Texniki Mərkəzini ziyarət edib.

Mərkəzdə keçirilən görüşdə hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.