Miqrasiya sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı müzakirə olunub-Özəl

310

Sosialmedia.az xəbər verir ki, Miqrasiya Əməkdaşlıq Platformasının (MƏP) rəhbər orqanının onlayn iclası keçirilib. İclasda MƏP-in təsis olunduğu vaxtdan etibarən icra olunmuş işlərə nəzər salınıb, qarşıdan gələn 2024-cü ildə həyata keçiriləcək fəliyyətlərin konturları, bu işləri yerinə yetirəcək işçi qrupların formatı müəyyən edilib və cari məsələlər müzakirə olunub.

Əlaqələndirmə Mərkəzindən xəbər verilir ki, Miqrasiya Əməkdaşlıq Platforması 18 oktyabr 2023-cü il tarixdə miqrasiya sahəsində fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti institutlarının təşəbbüsü ilə təsis edilmiş koalisiyadır. Miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinə dəstək göstərmək məqsədilə təsis olunmuş bu koalisiya miqrasiya fenomeninin müxtəlif istiqamətlərində büruzə verən aktual məsələləri mövcud reallığa uyğun dəyərləndirir, onların mahiyyəti barədə geniş ictimaiyyət arasında təsəvvürlər formalaşdırır və həllinə səbəb olacaq təklif və təşəbbüslərlə çıxış edir.