Hərbi Dəniz Qüvvələrində komitənin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib-Özəl

205

Sosialmedia.az xəbər verir ki, Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2023-cü il üçün imzalanan birgə tədbirlər planına əsasən, Hərbi Dəniz Qüvvələrində komitənin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər hərbi kollektivdə düzgün qarşılıqlı münasibətlərin formalaşmasından, sağlam əhval-ruhiyyənin yaradılmasından danışıblar. Dini radikalizm və ekstremizm təhlükəsizliyinin müdafiəsinin vacibliyi qeyd edilib.

Tədbirdə, həmçinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolundan söz açılıb, bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti şəxsi heyətin diqqətinə çatdırılıb.
Sonda hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.