Abşeron rayonu Masazır kəndində qətl hadisəsi baş verib-Özəl

1260

Sosialmedia.az xəbər verir ki, Əliyev Ceyhun Mobil oğlu Abşeron rayonunun Masazır kəndindəki Hamlet Həşimov küçəsi, ev 15 ünvanında yerləşən mənzildə 1956-cı il təvəllüdlü atası Əliyev Mobil Məhərrəm oğlu ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun qarın nahiyəsindən qəsdən iki dəfə bıçaqla zərbə vurub.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Ceyhun Əliyev 22.01.2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılıb, 24 yanvar 2024-cü il tarixdə o, CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilib.